Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, o, Monteneqro yığmasını çalışdıracaq.

Bu barədə Monteneqro Futbol Federasiyasının saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro millisinin üzvləridir.

Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp