İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alves fevralın 5-də məhkəmə qarşısına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, proses Bakı vaxtı saat 13:00-da başlanacaq.
Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.
Bundan əlavə, Alvesin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir. O, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.