Torontoda MHL-in “Ulduzlar oyunu” çərçivəsində təşkil etdiyi mini-turnir başa çatıb. Finalda Metyuzun komandası Makdevidin komandasına 7:4 hesabı ilə qalib gəlib.

Metyuzun özü bu oyunda 2 qol və bir asistlə yadda qalıb və turnirin MVP-si seçilib. Mini-turnir çərçivəsində 26 yaşlı hokkeyçi iki oyuna 4(2+2) xal toplayıb. Yarımfinalda onun komandası Hyuzun komandasına 6:5 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, mini-turnirdə oyunlar 3X3 formatında keçirilib. Görüşlər hər biri 10 dəqiqə olmaqla iki perioddan ibarət olub.

Shares: