Tomas Müller “Bayern Münhen”in tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli forvard buna komandasının Bundesliqanın 20-ci turu çərçivəsində Mönhenqladbax “Borussiya”sına qarşı keçirdiyi matçda (3:1) meydana çıxmaqla nail olub.
34 yaşlı alman “Bayern” elitaya yüksələndən bəri bu klubun heyətində bütün yarışlarda 500 oyun keçirən ilk futbolçu olub.
Almaniya nəhəngi 1965-ci ildən elitada mübarizə aparır.
Münhen təmsilçisinin öz yetirməsi olan Müller 2008-ci ildə əsas komandada çıxış edir.