“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Heyətlə bağlı sıxıntı yaşayırdıq. Amma meydana çıxan oyunçular onları layiqincə əvəz eetdi. Komandanın performasnından razı qaldım. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. Müəyyən rotasiyalara getməyə məcbur idik. Boşluqları doldura bildik. Nəticədən əlavə komandanın mübarizəsi məni qane etdi. Qola görə heç bir mükafat vermirik. Ülvi komandanın aparıcı oyunçuarınında biridir. Ondan hər an belə qollar gözləyirik.
Klesio Bauk bizə zədəli gəlmişdi. Bu oyuna çıxmağı riskli idi. Sağ olsun, komandaya fayda verməyə çalışdı. Zədəsi ciddi deyil. Özünü qorumaq üçün oyundan çıxmaq istədi”.