Azərbaycan Premyer Liqasının 2023-2024 mövsümündə 250-ci qol vurulub.

Futbolinfo.az saytının məlumatına görə, yubiley topu 21-ci turun “Sumqayıt” – “Neftçi” oyununa təsadüf edib.

Yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan ilk görüşün 37-ci dəqiqəsində dubla imza atan “gənclik şəhəri” təmsilçisinin hücumçusu Kasimir Ninqanın ikinci qolu mövsümün 250-ci topu olub.

Ümumilikdə bu turun geridə qalan 4 matçında komandalar 10 dəfə fərqləniblər. Ninqadan sonra çempionatda daha 3 qol qeydə alınıb və cari mövsüm ümumi qol sayı 253-ə çatıb. Bu qolların 67-ni yerli statusda çıxış edən oyunçular, 179-nu əcnəbilər vurub. 7 dəfə də avtoqol qeydə alınıb.

Shares: