“Sabah”ın baş məşqçi postundan yenicə ayrılan Murad Musayev tezliklə yeni iş yerinə təyin olunmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, bunu 40 yaşlı mütəxəssis özü Rusiya mətbuatına açıqlamasında deyib.

Musayev bir neçə variantın olduğunu gizlətməyib. Lakin o, Rusiya Premyer Liqasında çalışmaq arzusunda olduğunu bildirib. Gənc mütəxəssis ölkəsindən gələcək təklifləri nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından bu ilin yanvarına qədər “Sabah”ı çalışdırıb. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı olub.

Shares: