PSJ Kilian Mbappenin gedişi ilə barışıb. Fransa klubu hücumçunun yayda “Real”a gedəcəyindən əmindir. O, 100 milyon avroluq sadiqlik bonusundan imtina etdiyini klub rəhbərliyinə bildirib. Bu isə mövsümün sonunda bitəcək anlaşmanın yenilənməyəcəyi deməkdir.

Futbolinfo.az xəbər verir ki, Mbappe Madridə azad agent kimi yollanacaq. O, daha böyük klubda oynamaq üçün hətta indiki maaşının yarısı qədər məvacib almağa da razılaşıb.

Kilianın transferi eyni anda iki oyuçunun da klubunu dəyişməsi ilə nəticələnəcək. Belə ki, parislilər hücumçunun yerini “Mançester Yunayted”dən Markus Reşfordla doldurmaq niyyətindədir. İngiltərə klubundakı durumundan məmnun olmayan futbolçu rəhbərlikdən satılmasını tələb edir.

Bu variant İngiltərə klubu üçün də uyğundur. Mançesterlilər Reşfordu satıb Vinisius Junioru almaq niyyətindədir. Mbappenin gəlişindən sonra “Real”dan ayrılmağı düşünən braziliyalı “Yunayted”in ona maraq göstərməsindən xəbərdardır və menecerləri vasitəsiilə ilkin razılığını verib.

Shares: