“Latsio” Mauritsio Sarri ilə yollarını ayıra bilər. Cari mövsümdə istədiyi nəticələri qazana bilməyən romalılar yayda 65 yaşlı mütəxəssislə vidalaşacaq.
Futbolinfo.az xəbər verir ki, bu ayrılıqda daha çox Sarri maraqlıdır. O, klub rəhbərliyinin layihəsindən məmnun deyil. Oyunçu transferlərinə kifayət qədər diqqət ayrılmadığından çalışdırıcı klub rəhbərliyi ilə danışıb qərarını verəcək.
Sarrinin istefasını gözləyənlər də bəllidir. “Fiorentina” mövsümün sonunda Vinçentso İtalyanonu onunla əvəzləməyi düşünür. Eyni zamanda Stefano Piolini istefaya göndərməyi düşünən “Milan” Antonio Konte ilə anlaşa bilməsə, məhz ona müştəri düşəcək.