“Çelsi” növbəti dəfə baş məşqçi dəyişikliyinə əl ata bilər. Komandanın uğursuz çıxışı davam etdikcə “zadəganlar”ın üzərində təzyiq artır.
Futbolinfo.az xəbər verir ki, dünən evdə “Vulverhempton”a 2:4 hesabı ilə məğlubiyyətdən sonea vəziyyət daha da qəlizləşib. Mauritsio Poçettino da bunun fərqindədir: “Azarkeşlərimizə görə məyusam. Təzyiqi hiss edirik. Klubun keçmişinə, tarixinə layiq futbol oynamırıq. Bəhanə axtarmamalı, özümüzü tənqid etməliyiq”.
Argentinalı mütəxəssis ötən yay “Çelsi”nin baş məşqçisi təyin olunub. İkiillik müqavilə bağlayan argentnalının göstəriciləri yaxşı deyil. Onun vaxtında komanda oyunların yarıdan çoxunda qələbəyə həsrət qalıb. Premyer Liqada 11-ci pillədə olan londonlular dünən yenildiyi “Vulverhempton”dan da geri düşüb. Bu səbəbdən Poçettinonun istefası aktuallaşıb.