Beynəlxalq Şahmat Federasiyası (FIDE) Budapeşt şəhərini (Macarıstan) 2024-cü ildə Şahmat Olimpiadasının keçiriləcəyi yer kimi təsdiqləyib. Bu barədə FİDE-nin sosial şəbəkə hesablarında məlumat verilib.
“Bu hadisə, Macarıstanın zəngin şahmat tarixində daha bir mərhələ olacaq. Olimpiadalarda 12 komanda medalı ilə, Macarıstan ən uğurlu şahmat ölkələrindən biridir”, – deyə qurumun yazdığı postda deyilir.
Qeyd edək ki, qərar FİDE Baş Assambleyası tərəfindən onlayn səsvermə yolu ilə qəbul edilib. 45-ci şahmat olimpiadası sentyabrın 10-dan 23-dək keçiriləcək, yarışlarda 3500 nəfər iştirak edəcək. Bu, ilk 5G şahmat olimpiadası olacağına görə, matçları hər kəs real olaraq izləyə biləcək.