Rio-de-Janeyroda “Vasko da Qama” və “Flamenqo” klublarının azarkeşləri arasında kütləvi dava olub.

Futbolinfo.az “G1” portalına istinadən xəbər verir ki, polis 30-dan çox adamı saxlayıb.

Fanatlar özlərini aqressiv apararaq polis maşınlarına kustar üsulla hazırlanmış partlayıcı maddələr atmağa cəhd ediblər.

Braziliyanın əsas futbol klublarının azarkeşləri arasında aqressiv fanatlardan ibarət mütəşəkkil qruplar var. Onların toqquşması əsas matçların keçirildiyi günlərdə və stadionların yaxınlığında baş verir.

Shares: