Üç İngiltərə klubu Ezekiel Palasiosa müştəri düşüb. “Mançester Siti”, “Nyukasl” və “Aton Villa” “Bayer”in qapısını döyməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin leverkuzenlilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Bundesliqanın lideri oyunçusuna marağın çox olmasını nəzərə alaraq onun qiymətini 60 milyon avroya qaldırıb.

25 yaşlı argentinalı 2020-ci ilin yanvarından “Bayer”də oynayır. Leverkuzen klubu onu “River Pleyt”dən 17 milyon avroya almışdı. Futbolçu özü də İngiltərəyə getmək istədiyindən transferin yayda reallaşması mümkün görünür.

Shares: