İngiltərə millisi 19 ildən sonra yenidən “Sent Ceyms Park”da oyun keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Dumanlı Albion təmsilçisi iyunun 3-də Bosniya və Herseqovinanı yoldaşlıq görüşü çərçivəsində həmin arenada qəbul edəcək.

Bu, AVRO-2024-ə hazırlıq zamanı son iki yoxlama matçından biri olacaq. Qaret Sautqeytin yetirmələri iyunun 7-də İslaniya ilə Londondakı “Uembli”də üz-üzə gələcək.

Maraqlıdır ki, İngiltərə millisinin “Nyukasl”ın ev oyunlarını keçirdiyi “Sent Ceyms Park”da sonuncu matçı 2005-ci ilə təsadüf edir. Adalılar DÇ-2006-nın seçmə mərhələsində, martın 30-da Azərbaycan yığması ilə qarşılaşıb. Stiven Cerrard və Devid Bekhemin ikinci hissədə vurduqları qollar sayəsində ingilislər yığmamızı 2:0 hesabı ilə məğlub etmişdilər.

Qeyd edək ki, həmin vaxt İngiltərə yığmasını Sven Yoran Eriksson, Azərbaycan millisini isə Karlos Alberto Torres çalışdırırdı.

Shares: