Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Qarabağ” – “Səbail” oyununu tribunadan izləyən “Qalatasaray”ın futbol direktoru Cenk Ergünün bəyəndiyi futbolçular müəyyənləşib.

Futbolinfo.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ağdamlıların iki üzvü İstanbul klubu rəsmisinin diqqətini çəkib. O, sol cinah müdafiəçisi Toral Bayramov və yarımmüdafiəçi Yassin Benzianın performansından məmnun qalıb.

Cenk Ergün xüsusən də sol cinah müdafiəçisi axtarışında olan “Qalatasaray”a Bayramov barədə müsbət raport təqdim edib. İstanbul nəhəngi mövsümün qalan dönəmində Azərbaycan millisinin üzvünü diqqət mərkəzində saxlamaq qərarına gəlib.

Qeyd edək ki, “Səbail”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ”da qollara məhz Toral Bayramovla Yassin Benzia imza atıb.

Shares: