Vaxtilə Azərbaycanda çıxış etmiş braziliyalı hücumçu Alvaro Tavares Qazaxıstan klubu “Yelimay”da baxışdan keçib.

Futbolinfo.az yerli mətbuta istinadən xəbər verir ki, 28 yaşlı ön xətt oyunçusu Türkiyədəki təlim-məşq toplanışında düşərgədə olub. Lakin onun çıxışı baş məşqçi Samat Smakovun ürəyincə olmayıb. Qazaxıstanlı mütəxəssis Tavaresin heyətdəkilərdən zəif olduğu qənaətinə gəldiyi üçün hücumçu ilə müqavilə bağlamamaq qərarına gəlinib.

Qeyd edək ki, Alvaro Tavares 2020-2021 mövsümünün ilk yarısını Azərbaycan Premyer Liqasında “Keşlə”nin (indiki “Şamaxı”) heyətində keçirib.

Shares: