Mahaçqala “Dinamo”sunun baş məşqçi postundan ayrılan Kurban Berdıyev yeni iş yerini hələ müəyyənləşdirməyib.
Futbolinfo.az “Youth of Dagestan” nəşrinə istinadən xəbər verir ki, başda “Sabah” olmaqla, bir neçə klub onun xidmətində maraqlıdır. “Sabah” rəhbərliyinin Berdıyevlə əlaqə saxladığı da bildirilir.
Onun Azərbaycan millisinin sükanı arxasına keçməsi də istisna edilmir. Lakin AFFA prezidentliyi üçün seçkilər yaxınlaşdığından, danışıqlar dayandırılıb. Milli assosiasiya yeni çalışdırıcını seçkilərdən sonra müəyyənləşdirəcək.
“Sabah”ın Berdıyev uğrunda mübarizədə rəqibləri Qazaxıstan və İran klubları göstərilir.