“Mançester Yunayted”in mərkəz müdafiəçisi Lisandro Martines İngiltərə çempionatının 23-cü turunun “Vest Hem”lə oyununda (3:0) dizindən zədələnib.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçunun bərpa müddəti 6-8 həftə çəkəcək. Lakin onun əməliyyat olunmayacağı vurğulanır.
Futbolçu bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.