“Betis”in yarımmüdafiəçisi İsko sıradan çıxıb.
Futbolinfo.az “Marca”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu La Liqanın 23-cü turunda “Xetafe” ilə matçda (1:1) zədələnib.
Sol dizindən zədə alan “Real”ın sabiq futbolçusu 2 ay meydana çıxa bilməyəcək.
İsko bu mövsüm 29 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.