Türkiyə klublarının azərbaycanlı futbolçulara marağı son vaxtlar artıb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, qardaş ölkə təmsilçiləri ölkəmizdən istedadlı uşaqları akademiyalarına cəlb etməyə çalışırlar.

“Qalatasaray” bu baxımdan daha fəal nəzərə çarpır. İstanbul nəhəngi yeniyetmə futbolçu Nihat İskəndərovu bir müddətdir akademiyasında sınaqdan keçirir. “Qarabağ”ın U-16 komandasının üzvü artıq vətənə qayıdıb. Onunla bağlı yekun qərar hələ verilməyib. Lakin məşqçilərin onun performansından razı qaldıqları bildirilir.

Qeyd edək ki, “Qarabağ”ın əsas komandasının futbolçusu Toral Bayramov da “Qalatasaray”ın maraq dairəsindədir.

Shares: