İngiltərə Federasiya Kubokunda 1:16 final mərhələsi başa çatıb.

Futbolinfo.az xəbər verir ki, ilk oyunlarını heç-heçə başa vurmuş komandaların təkrar duellərindən sonra 1/8 finala son vəsiqələrin sahibləri müəyyənləşib.

Artıq 1/8 final mərhələsinin cütləri də məlum olub. “Mançester Siti” bu raundda “Luton Taun”la, “Liverpul” isə “Sauthempton”la qarşılaşacaq.

Mərhələnin oyunlarına fevralın 28-də start veriləcək.

İngiltərə Federasiya Kuboku
1/16 final

Sauthempton – Uotford 3:0
Plimut – Lids 1:4
Koventri Siti – Şeffild Uensdey 4:1
Nottingem Forest – Bristol Siti 1:1 (penaltilər 5:3)
Aston Villa – Çelsi 1:3

1/8 final

Blekbern – Nyukasl
Çelsi – Lids
Bornmut – Lester
Liverpul – Sauthempton
Nottingem Forest – Mançester Yunayted
Vulverhempton – Brayton
Koventri – Meydston
Luton Taun – Mançester Siti

Shares: