Norveçli qrossmeyster Maqnus Karlsen dünən başa çatan “Champions Chess Tour 2024 Chessable Masters” yarışının birinci divizionunun qalibi olub.

Finalda norveçli şahmatçı 20 yaşlı fransalı Əlireza Firuzja ilə iki görüş keçirib. Dünya reytinqinin lideri Maqnus Karlsen 2:0 hesabı ilə qələbə qazanıb.

Finala gedən yolda Karlsen Vesli So, Vladimir Fedoseyev və Denis Lazavikini məğlub edib. Beləliklə də, norveçli qrossmeyster 17 “Champions Chess Tour” finallarında 14-cü qələbəsini qazanıb.

“Chessable Masters 2024” bu ilin “Champions Chess Tour” seriyasının dörd turnirindən birincisidir.

Shares: