Son iş yer “Tottenhem” olan Antonio Konte “Barselona”ya rəhbərlik etmək istəyir. Bu barədə “Sport.es” məlumat yayıb.

54 yaşlı italyan mütəxəssis özü xidmətini Kataloniya klubuna təklif edib. Amma qarşı tərəf hələ ki, ona cavab verməyib.

Ötən ilin martında “Tottenhem”dən ayrılan Konte həmin vaxtdan işsizdir. Mütəxəssis əvvəllər “İnter”, “Çelsi”, İtaliya millisi, “Yuventus”, “Syena”, “Atalanta”, “Bari” və “Arezzo”nu çalışdırıb.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi yanvarın 27-də mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. 44 yaşlı ispaniyalı mütəxəssis 2021-ci ilin noyabrından kataloniyalılara rəhbərlik edir.

Shares: