Erik ten Haq Lisandro Martinesin yoxluğundan narahatdır. Buna baxmayaraq, o, yeni müdafiəçi istəmədiyini və hazırkı heyətlə yola dvam ediləcəyini bildirib.
Futbolinfo.az xəbər verir ki, argentinalı stopper bu mövsüm ikinci dəfə ağır zədə alıb. Onun mövsümün sonunadək oynamayacağı dəqiqdir.
Niderlandlı mütəxəssis isə Martinesin qayıdışını gözləmək niyyətindədir: “Mövsümün sonuna kmi sağalacağına ümid edirik. Lisandro bizim üçün önəmli biridir. Qısa müddətdə tələsik transfer etmək doğru olmaz, üstəlik, onu əvəz etməyə qadir olan futbolçularımız var. Komanda olaraq bu itkini unutduracağıq. Diqqətimizi qarşıdakı matçlara yönəltməliyik”.