Natan Ake indiki səviyyəyə qalxdığı üzün Xosep Qvardiolaya minnətdardır. Niderlandlı müdafiəçi məhz ispan baş məşqçinin sayəsində özünü inkişaf etdirdiyini deyir.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”də əsas heyət üzvünə çevrilən Ake hər gün inkişaf etdiyini deyir: “O, hər gün daha yaxşı olmağımızı tələb edir, yol göstərir və buna nail olur. Heç vaxt əldə olanla kifayətlənmir, qələbəyə ac olmağımıza çalışır. Belədə növbəti uğur üçün daha çox çalışırıq”.

Natan ötən mövsüm qazanılan uğurlarla kifayətlənmir: “Hamımız nəticələrə sevinirdik, bir-brimizlə qürur duyurduq. Ancaq bunu yetərli olmadığı bəllidir, çünki Qvardiola keçmişdə qalmağa imkan vermir, daha yaxşısını istəyir”.

Shares: