“Qalatasaray” qış transfer pəncərəsinin bağlanması ərəfəsində növbəti keçidi tamamlayıb. İstanbul klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Türkiyə nəhəngi “Hannover”dən Derrik Köhnü transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Qalatasaray” Derrik üçün Almaniya klubuna 3,3 milyon avro ödəyəcək.

Qana əsilli almaniyalı “Hamburq” yetirməsidir. “Bayern”in 2-ci komandasında oynamış Köhn, 2020-22 ci illərdə “Villem”də çıxış edib. İki ildir “Hannover”də oynayan futbolçu daha çox ehtiyatda qalırdı.

Shares: