Basketbol üzrə Avroliqa turnirində 26-cı tura start verilib. Dünən yarışlarda 5 oyun keçirilib.

Türkiyənin “Anadolu Efes” komandası Riqada keçirilən qarşılaşmada nominal ev sahibi kimi “Makkabi”ni qəbul edib. İstanbul təmsilçisi 105:91 hesabı ilə qələbə qazanıb. Şey Larkin görüşdə 22 xal toplayıb. Türkiyə millisinin digər üzvü Osmani üçün də oyun uğurlu olunub. 13 xal toplayan basketbolçu karyerasının Avroliqada ən məhsuldar oyununu keçirib. Ehtiyat skamyadan daxil olan digər oyunçu Rodriq Bobua da 20 xal toplayıb.

İspaniyanın “Baskoniya” komandası evdə “Asvel”ə qalib gəlib – 95:80. “Partizan” – “Bayern” qarşılaşması isə çox gərgin alınıb. Münhen təmsilçisi 79:78 hesabı ilə qələbə qazanıb.

Çempionatın lideri “Real” səfərdə “Milan”a məğlub olub – 76:81. İtaliya komandasının heyətində Şilds 27 xal toplayıb. Mirotiç də 23 xalla qələbəyə böyük töhvə verib.

İspaniyanın digər komandası “Valensiya” da uğursuzluğa düçar olub. Onlar evdə “Olimpiakos”a 65:78 hesabı ilə uduzublar.

Keçirilən 5 oyundan sonra pley-inə düşmə uğrunda mübarizə xeyli gərginləşib. “Valensiya”, “Makkabi” və “Partizan”ın məğlubiyyətlərindən sonra “Anadolu Efes”, “Bayern” və “Milan”ın şansı xeyli artıb.

Shares: