Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasının 2024/25 mövsümünün püşkünü dəyərləndirib.

Futbolinfo.az saytı xəbər verir ki, italiyalı mütəxəssis C Liqasının A qrupundakı rəqiblər barədə fikirlərini bölüşüb.

55 yaşlı çalışdırıcı İsveçi qrupun favoriti adlandırıb: “Biz İsveçlə heç-heçə etmişik. Onlar C Liqasının ən yaxşı komandasıdır. Təsadüfi deyil ki, FİFA reytinqində 26-cı yerdədir. Azərbaycanla bağlı pis xatirələrimiz var. Çünki yığma mənim rəhbərliyim altında ilk oyununda məhz onlara məğlub olub. AVRO-2024-ün seçmə mərhələsində Estoniya, İsveç və Azərbaycan eyni qrupda yer almışdı. Mümkün qədər yaxşı oynamalıyıq. Çünki Dünya Çempionatına vəsiqə qazanmaq şansımız var. Axı, Estoniya Millətlər Liqasında öz qrupunda qazandığı qələbə sayəsində pley-offa yüksəlib”.

Qeyd edək ki, C Liqasının A qrupunda Slovakiyanın rəqibləri İsveç, Azərbaycan və Estoniya yığmalarıdır. Turnirə sentyabrın 5-də start veriləcək.

Shares: