Mövsümün sonunda “Milan”dan ayrılacağı gözlənilən Stefano Pioli digər İtaliya klubunda işləyə bilər. “Napoli”nin prezidenti Aurelio de Laurentis təcrübəli mütəxəssisin xidmətində maraqlıdır.

Futbolinfo.az xəbər verir ki, A Seriyasının son qalibinin cari mövsümdəki nəticələri ürəkaçan deyil. Luçiano Spallettinin gedişindən sonra özünə bənzəməyən neapollular Rudi Qarsiya ilə erkən vidalaşıb, Valter Matsarri də komandanı böhrandan çıxara bilmir. Yayda de Laurentisin yenidən məşqçi dəyişikliyinə əl atacağı şübhə doğurmur.

“Napoli” prezidenti Piolinin Milandakı durumunu izləyir. O, agentlər vasitəsi ilə mütəxəssisə ilk təklifi göndərib. Məşqçi “rossonyerlər”dən ayrılsa, son çempionla danışıqlara başlayacaq.

Shares: