Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Bu dəfə isə inamlı qələbəyə sevinən “Qəbələ” növbəti mərhələyə yüksəlib.

Son oyunda isə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Bu komandaların Sumqayıtdakı ilk görüşündə paytaxt təmsilçisi 3:2 hesablı qələbəyə sevinmişdi.

“Zirə” və “Qarabağ” artıq yarımfinala vəsiqəni təmin ediblər.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları

9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 39. Ürfan Abbasov, 41.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00
İlk oyun – 1:1.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri (k), 4. İgor Ribeyro.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 19. Aksel Nqando, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Baş məşqçi: Azər Bağırov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp