Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/8 finala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, o, yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorffa 2:1 (21:15, 21:23, 22:20) hesabı ilə qalib gəlib.

Badmintonçu 1/8 finalda hindistanlı Qovind Krişna ilə qarşılaşacaq.

Digər badmintonçumuz Diki Pangestu isə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi Pablo Abiana 1/16 finalda 0:2 (23:25,15:21) hesabı ilə uduzub.

Shares: