Qazaxıstan 2028-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi etmək üçün IIHF-ə ərizə təqdim edib. Bu barədə Qazaxıstan Hokkey Federasiyasının baş direktoru Qleb Karataev məlumat verib.

“Biz ərizə vermişik, turniri Astana və Almatıda keçirməyi planlaşdırırıq. Ərizəni Beynəlxaql Hokkey Federasiyasının növbəti konqresində təqdim edəcəyik”, – deyə Karataev məlumat verib.

IIHF-in illik konqresi mayın 23-dən 25-dək Praqada keçiriləcək.

Xatırladaq ki, Qazaxıstan 2027-ci il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etmişdi, lakin IIHF turniri Almaniyaya verməyi üstün tutmuşdu.

Shares: