“Kəpəz”lə müqavilə imzaladım. Razılaşmamız 6 ay +1 illikdir”. Bunu fubolinfo.az-a açıqlamasında Azərbaycan U-21 yığmasının üzvü Ədilxan Qaraəhmədov deyib.
Mövsümün əvvəlində I Liqa təmsilçisi “İrəvan”la anlaşan oyunçu sözügedən klubdan ayrılmasından və Gəncə klubuna keçidindən söz açıb: “İrəvan”la müqaviləmi çoxdan pozmuşdum. Onlardan heç xəbərim də yoxdur. Artıq onların söz-söhbətlərindən yorulmuşam. Mənim maaşımı da ödəmədilər. Heç bir manat da vermədilər. Şikayət etmək fikrim də yoxdur, qarşılıqlı şəkildə müqaviləni ləğv etdik. Kluba qarşı da heç bir iddiam olmadığına dair sənədə qol çəkdim. Əlimdən gələni edəcəm ki, “Kəpəz”də hər şey yaxşı olsun, komandaya xeyir verim. Ab-hava çox yaxşıdır. Bu gedişlə turnir cədvəlində daha yaxşı yerlərə gələ bilərik”.