“Arsenal” yeni müqaviləyə hazırlaşır. London klubu əsas heyət oyunçularından biri ilə anlaşmanın müddətini uzadacaq.

Futbolinfo.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, londonlular Takehiro Tomiyasu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. Yapon cinah müdafiəçisi Asiya Kubokundan qayıdan kimi rəhbərliklə görüşüb və bütün detallar dəqiqləşib. Yeni müqavilənin 2027-ci iln yayınadək nəzərdə tutulduğu ehtimal edilir.

25 yaşlı oyunçunun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatırdı. Tomiyasu 2021-ci ilin avqustunda “Bolonya”dan 18,6 milyon avroya transfer olunmuşdu.

Shares: