“Red Bull” komandasının direktoru Kristian Hornerə qarşı komanda daxilində başladılan araşdırma uzun sürəcək. Bu barədə “The Race” nəşri məlumat verib.
Komanda rəhbəri müstəqil hüquqşünas tərəfindən dindirilib. Lakin bu uzun təhqiqatın bir hissəsidir. Belə gedişlə araşdırma mövsümün satrtına qədər yekunlaşmayacaq. Xatırladaq ki, Horner davranışına və işçilərdən birinə qarşı düzgün sayılmayan münasibətinə görə günahkar bilinir.
Formula 2 üzrə dünya çempionatına martın 2-də Bəhreyndə start veriləcək. Keçən ilin dünya çempionu məhz Hornerin rəhbərlik etdiyi “Red Bull” komandası olmuşdu.