Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.

Futbolinfo.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.

Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib.

O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinaladək 4 mərhələ keçib.

Yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.

Shares: