Martda Argentina və Nigeriya milli komandaları arasında Çində keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Futbolinfo.az Hançjou İdman Komitəsinə istinadən xəbər verir ki, buna ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı futbolçu Lionel Messinin Honkonqdakı yoxlama matçında meydana çıxmaması səbəb olub.

Hücumçunun zədəyə görə görüşü buraxdığı açıqlansa da, o, bir neçə gün sonra Yaponiyadakı qarşılaşmada iştirak edib. Bu isə azarkeşləri qəzəbləndirib.

Shares: