“Hatayspor” heyətini iki yeni hücumçu ilə gücləndirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”dan Halil Dervişoğlunu icarəyə götürüb, “Olimpiya”dan (Sloveniya) Rui Pedronu transfer edib.
Dervişoğlu ilə 6 aylıq, Pedro ilə isə 2,5 illik müqavilə imzalanıb.
“Hatayspor”da Azərbaycan millisinin üzvü Renat Dadaşov da oynayır.