Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən “Azerbaijan International 2024” turnirinin 1/4 finalında mübarizəni dayandırıb.
Futbolinfo.az xəbər verir ki, idmançı yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Hindistan təmsilçisi Ayuş Şettiyə uduzub.
Görüş Dviçayonun 0:2 (14-21,14-21) hesablı məğlubiyyəti ilə bitib.