Cənubi Afrika Respublikasının (CAR) futbol millisi Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda qarşılaşmada Konqo Demokratik Respublikasına qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, Kot-d İvuarda keçirilən turnirin bürünc medal uğrunda qarşılaşmasının əsas və əlavə vaxtı qolsuz bitib.

Penaltilər seriyasında isə Cənubi Afrika futbolçuları daha güclü olub – 6:5.

Afrika Millətlər Kuboku fevralın 11-də Kot-d İvuar və Nigeriya milli komandaları arasında keçiriləcək final oyunu ilə başa çatacaq.

Shares: