“Bayer”in baş məşqçisi Xabi Alonso Bundesliqanın növbəti turunda “Bayern” üzərində qələbəni şərh edib.

İspan mütəxəssis 3:0 hesablı darmadağına baxmayaraq, hələ çempionluq haqda danışmaq istəmir: “Özümüzü rəqabətədavamlı kimi göstərmək istəyirdik. Biz əla iş gördük, komandanın nizam-intizamı və birliyi əla idi. Bütün oyunçular yüksək performans göstərdilər. Kifayət qədər şanslarımız oldu, amma “Bayern”in şansı demək olar ki, yox idi. Mənim əla komandam, gözəl oyunçularım var. Mən bunu tək bacarmıram. Bizim böyük enerjimiz var və əsas odur. Heç bir sirr yoxdur, oyunçular sadəcə, inanırlar və biz də bunu istəyirik. Çempionluq şansı? Mayda danışarıq. Biz realist olmalıyıq və öz ayaqlarımız üzərində dayanmalıyıq”.

Xatırladaq ki, Bundesliqada “Bayer” 55 xalla 1-ci, “Bayern” isə 50 xalla 2-cidir. Leverkuzenlilər bütün turnirlər daxl olmaqla son 31 görüşdə məğlub olmayıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp