“Qarabağ” bu gün növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının 22-ci turunda “Sabah”la qarşılaşacaq.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu matç rəqiblərin Premyer Liqa çərçivəsində 22-ci dueli olacaq.

Ağdam klubu əvvəlki oyunlarda böyük üstünlüyə malikdir. “Qarabağ” 14 qələbə qazanıb, 6 heç-heçə edib və bir matçdan xalsız ayrılıb. 39 qol vuran “Qarabağ” 13 top buraxıb. Bu komanda son 4 görüşdə meydandan qolsuz ayrılmayıb.

Öz meydanındakı 11 oyunda 7 qələbəsi olan “Qarabağ” 4 heç-heçə edib. Evdə məğlubiyyətlə üzləşməyən komanda 23 qol vurub, 7-ni buraxıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” matçı saat 19:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp