“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, adıçəkilən komanda 21-ci turda səfərdə “Sportinq”lə qarşılaşıb və 0:5 hesablı darmadağına üzülüb.
Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşmış “Braqa”nın 40 xalı var.
“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.