Avropa Superliqasının başlama ehtimalı başqa bir neçə ölkənin yeni turnirlər təşkil etməsinə yol aça bilər.

Futbolinfo.az xəbər verir ki, Avropa yarışlarından kənarlaşdırılan Rusiya da alternativ liqa yaratmaq fikrinə düşüb.

Rusiya Futbolçular İttifaqının baş katibi Nikolay Qrammatikov Şərqi və Cənubi Avropa ölkələrinin klublarının iştirakı ilə vahid liqa yaradılmasını təklif edib. Bununla bağlı artıq bir neçə ölkədən klubla əlaqə saxlanılıb.

Konkret olaraq Türkiyə, Yunanıstan, Xorvatiya, Rumıniya, Azərbaycan, Serbiya və Bolqarıstan klubları ilə təmasa keçilib. Belə ki, ÇSKA, “Spartak”, “Lokomotiv”, “Zenit”dən başqa, “Panatinaikos”, AEK, PAOK, Zaqreb “Dinamo”su, “Styaua”, “Partizan”, “Srvena Zvezda”, “Levski”, “Qarabağ” və “Trabzonspor”a liqaya qatılmaq istəyib-istəməmələri ilə bağlı sorğu göndərilib.

Shares: