Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının şərəfini qoruduğu “Yurqorden” qış transfer dönəmində heyətində bəzi dəyişikliklər edib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, İsveç klubu bununla kifayətlənmək istəmir. Məşqçilər korpusu, xüsusən də, hücum xəttinin gücləndirilməsinə çalışır.

Dəniz Hümməti heyətinə qatan Stokholm təmsilçisi hələlik onun tam hazır olmadığını düşünür. Həmçinin Musa Qurbanlının performansı da “Yurqorden”də müsbət qarşılanmır. Millimizin üzvündən narazı görünən klub hücuma daha bir oyunçunun cəlb edilməsinin tərəfdarıdır. Hətta Qurbanlının bu cür davam edəcəyi təqdirdə mövsümün sonunda ayrılması da istisna edilmir.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Shares: