37 yaşlı pleymeyker Kayl Louri “Filadelfiya Siksers”lə müqavilə imzalayacaq. Bu barədə ESPN məlumat verib.

Basketbolçunun nümayəndəsi müsahibəsi zamanı “Şarlot Hornets”lə razılığa gəldiklərini elan edib. Kayl Louri müqaviləsini keçmiş komandasından satın alıb. O, yaxın günlərdə Filadelfiya komandasına keçəcək. Razılaşmanın dəyəri illik 2,8 milyon dollardır.

Bu mövsüm Louri 37 oyunda meydançaya çıxıb. Onun göstəriciləri 8,2 xal, 3,5 ribaund və 4 asistə bərabərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp