Amerikada bu gecə 58-ci superboul baş tutub. Amerika Milli Futbol Liqasının finalında “Kanzas-Siti Çifs”lə “San-Fransisko Forti Nayners” qarşılaşıb. Görüş kanzaslıların qələbəsi ilə başa çatıb – 25:22 (0:0, 3:10, 10:0, 6:9, 6:3).
Bu qələbə sayəsində “Kanzas-Siti Çifs” son 19 ildə ardıcıl iki dəfə çempion olan komanda olub. Sonuncu dəfə “Nyu-İnqlend” komandası 2003 və 2004-cü illərdə titulu ardıcıl qazana bilmişdi.
Əlavə edək ki, kanzaslılar tarixlərində 4-cü çempionluğu əldə ediblər. Buna qədər onlar 1969, 2019 və 2023-cü illərdə çempion olmuşdular.
Komandanın üzvü Patrik Maxous oyunun MVP-si seçilib. O, karyerasında 3-cü dəfə bu mükafata layiq görülüb.
Xatırladaq ki, futbol üzrə Çempionlar Liqasının finalı ilə birlikdə superboul bir gündə keçirilən oyunlar arasında dünyada ən reytinqlisidir.