“Real” ciddi itki ilə üzləşib. Bu mövsüm zədələrdən xeyli əziyyət çəkən madridlilər indi də Cud Bellingemin xidmətindən məhrum olub.

Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, ingilis yarımmüdafiəçi son turun “Jirona” ilə oyununda (4:0) zədələnib. Sol ayaq biləyi burxulan oyunçu azı 2-3 həftə meydanlardan kənarda qalacaq. Həkimlər vaxtında müdaxilə etməsəymiş, Cudun zədəsi iki ayadək uzana bilərmiş.

Bu, o deməkdir ki, Bellingem Çempionlar Liqasında 1/8 final mərhələsində meydana çıxmayacaq.

Shares: