Vissam Ben Yedder “Monako”da qalmaq istəmir. 33 yaşlı hücumçu bu səbəbdən “Knyazlıq klubu”nun yeni müqavilə təklifini qəbul etməyib.

Futbolinfo.az xəbər verir ki, Tunis əsilli fransalının müqaviləsi mövsümün sonunda başa çatacaq. O, Marsel “Olimpik”indən aldığı təklifi dəyərləndirmək niyyətindədir. Vissam bu kluba azad agent kimi getməklə maaşının yüksək olmasına çalışır.

Karyerası ərzində əsasən Fransada oynamış Ben Yedder, 3 mövsüm “Sevilya”da çıxış edib. İspanlar 9,5 milyon avroya transfer etdikləri futbolçunu 2019-cu ildə “Nonako”ya 40 milyona satmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp