“1:7 hesablı məğlubiyyətdən sonra “Qarabağ”la son iki oyunda qazandığımız nəticələri qənaətbəxş saymaq olar. Yəqin ki, sonuncu oyunlarda biz daha motivasiyalı idik”. Bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi Boyan Letiç deyib.

O, Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la heç-heçə (3:3) etdikləri qarşılaşmadan danışıb: “Azarkeşlər üçün maraqlı qarşılaşma alındı, amma mənim üçün o qədər də yaxşı deyildi. Düzünü desəm, görəcəyik ki, qarşıdakı matçlarda “Qarabağ”la son oyunlardakı kimi motivasiya ola bilirikmi?”

Bosniya və herseqovinalı futbolçu 3 oyunda 21 qol vurulmasından da söz açıb: “3 oyunda bu cür hesabı yəqin ki, heç kim gözləmirdi. Bircə onu bilirəm ki, “Qarabağ” və “Sabah” arasında keçirilən oyunlar həyəcanlı və maraqlıdır. Komandamız bu matçlardan sonra qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıdır. Yaxşı heyətimiz var və “Kəpəz”lə növbəti turun oyununda 3 xal əldə edə bilərik”.

Shares: